2 C
Bakı
11 Fevral 2026 09:44
Dünya

Çeçenistandakı universitetə Putinin adı verildi

Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq.

 

Tacxeber.comOxu.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

 

Kadırovun sözlərinə görə, mərkəzə Putinin adının verilməsi barədə qərar universitet yaranan vaxt verilib.

 

“Ona görə də mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin – Vladimir Putinin adını daşıyacaq”, – Kadırov bildirib.

 

Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Putinin nüvə təhdidləri çarəsizlik əlamətidir” – Böyük Britaniya XİN rəhbəri

admin

Pablo Eskobar – dövlət orqanları da onun qarşısında aciz idi.

admin

Bu vulkan hər gün göyə 6000 dollar püskürür

redaktor