6 C
Bakı
28 Dekabr 2025 14:04
Dünya

Bakıda təcridxanada saxlanılan Ruben Vardanyanın bankı SATILDI

“Bank of Georgia Group” (BOGG) Ermənistan bankı “Ameriabank” QSC-nin 303.6 milyon ABŞ dollarına satın alınması ilə bağlı razılaşma əldə edib.

 

Tacxeber.comapa.az-a istinadən xəbər verir ki, bu barədə BOGG-nin press-relizində deyilir.

 

Mənbə yazır ki, tranzaksiyanın edilməsindən sonra bankın səhmlərinin 90%-i BOGG-yə, 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) qalacaq.

 

Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən “Ameribank”ın baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan rusiyalı milyarder, Qarabağ separatçılarının “rəhbərləri”ndən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.

“Bank of Georgia” isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail bu sistemlərini Ukraynaya verdi

redaktor

Qadınlar parlamentdə uşaq əmizdirə biləcək – YENİ QAYDA

redaktor

“Bayer”dən “Qarabağ” paylaşımı – FOTO

admin