Cəmiyyət

Yenidən qurulan səhiyyə ocağının qapıları bağlı qalıb – VİDEO

Şamaxıda bir neçə il əvvəl yenidən qurulmuş tibb məntəqəsi hələ də istifadəyə verilməyib. Çünki nə həkim var, nə də tibb bacısı.

Tacxeber.com xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Şamaxının Mərzəndiyə kəndində yərləşən tibb məntəqəsindən gedir.

 

Kənd sakinlərinin sözlərinə görə, məntəqə bir neçə il əvvəl yenidən qurulub. Lakin hələ də istifadəyə verilməyib.

 

Sakinlər bildirirlər ki, ən xırda narahatlıqda belə rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Kəndin mərkəzdən uzaq olması isə həm xəstəni çatdırmaq, həm də maddi baxımdan sakinlərə xeyli çətinlik yaradır.

 

Bildirilir ki, tibb məntəqəsinin fəaliyyətə başlaması üçün aidiyyəti qurumlara da müraciət edilib. Cavab olaraq isə kadr çatışmazlığı əsas gətirilib.

 

Məsələ ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”ə bildirilib ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir. Burada 2 ailə həkimi, 7 tibb bacısı və 1 mama çalışır. Mərzəndiyyə tibb məntəqəsində isə həkim ştatı nəzərdə tutulmayıb.

 

Burada tibb bacısı ştatına işə qəbul üçün elan verilsə də, heç bir müraciət daxil olmayıb. Bu səbəbdən də məntəqə fəaliyyət göstərə bilmir.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Tacxeber.com

Oxşar xəbərlər

Saçlarınızın yağlanması artıbsa, bunlara diqqət edin

redaktor

Gözəlliyin gətirdiyi risklər

redaktor

Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”

redaktor