DünyaSiyasət

Navalnı öldü, məni xilas edin – Mixail Saakaşvili

Aleksey Navalnı Putin rejiminə qarşı müqavimətin böyük qəhrəmanı idi. Onun ölümü böyük faciədir, lakin onun qaçılmaz təhlükəsi uzun müddətdir var idi.

 

Bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili rusiyalı müxalif lider Aleksey Navalnının ötən gün 47 yaşında cəzaçəkmə müəssisəsində qəfil ölümü ilə bağlı paylaşıb.

 

Saalaşvili bildirib ki, əvvəllər Navalnı ilə arasında fikir ayrılıqları olub:

 

“Lakin mən onun cəsarətinə və böyük istedadına heyran olmuşam və Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi zaman onun mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi mən Qərbi və Münhen Təhlükəsizlik Konfransının iştirakçılarını ən azı Vladimir Kara-Murza, İlya Yaşini və Rusiya rejiminin digər siyasi məhbuslarını xilas etməyə çalışmağa çağırıram.

 

Məni də xilas etməyə çalışın. Mən də Vladimir Putinin şəxsi məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Bəlkə də mən Putinin ölüm siyahısında növbətiyəm”.

 

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ tarixinin ən bahalı hakim seçkisində İ. Maskın dəstəklədiyi namizəd məğlub oldu” – Şahin Cəfərli

admin

Ermənistanın qızışdırılmasında üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur – Ceyhun Bayramov

redaktor

Vladimir Zelenski ilə ünsiyyət o qədər də asan deyil – ABŞ prezidenti Donald Tramp

redaktor