25 C
Bakı
11 Avqust 2025 08:27
Dünya

Zaxarova: Qərb Navalnının ölümü ilə bağlı çıxardığı nəticələrlə özünü ifşa edir

NATO ölkələri liderlərinin Navalnının ölümünə Rusiyaya qarşı birbaşa ittihamlar şəklində dərhal reaksiyası özünü ifşaetməsi deməkdir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

“Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin çıxardığı nəticələr artıq hazırdır” deyə Rusiya XİN sözçüsü teleqram kanalında yazıb.

 

Qeyd edəki, Aleksey Navalnı bu gün çəza çəkdiyi Yamal-Nenets Muxtar dairəsində yerləşən koloniyada vəfat edib. RT öz mənbələrinə istinadən Navalnının qan laxtaıanmasından (tromb) öldüyü barədə məlumat yayıb./APA

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya seçimini edib, güzəşt yoxdur – Makron

redaktor

11 sentyabr terrorunun təşkilatçısının sənətkar oğlu gördüyü dəhşətlərdən danışdı: soyadım…

redaktor

Ukraynanın pilotsuz təyyarəsinin hücumundan sonra Rusiyada neft emalı zavodu yanıb

redaktor