Dünya

Rusiyalı taksi sürücüsündən Sevgililər Günündə maraqlı evlilik təklifi: 30 avtomobil gətirdi… – VİDEO

Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü sevdiyi qıza maraqlı evlilik təklifi edib.

 

O, 14 Fevral Sevgililər Günündə 30 avtomobili qızın həyətinə gətirib və pəncərəsinin altında taksilərdən ibarət sarı nəhəng ürək düzəldib.

Taksi sürücüsü qızdan onunla evlənməsini xahiş edib. Qız sevgilisinin təklifi ilə razılaşıb və maşınların siqnalları altında “hə” cavabı verib.

 

Qızın müsbət cavabından sonra avtomobillərində əyləşən taksi sürücüləri eyni vaxtda siqnal verməyə başlayıblar.

 

Oxşar xəbərlər

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…

redaktor

Azərbaycanda ailə qurmaq və uşaq sahibi olmaq niyə çətinləşib?

redaktor

Qroznıda baş verən hadisə Rusiya vəkillərini ayağa qaldırdı.

admin