31 C
Bakı
13 Avqust 2025 15:53
Hadisə

Əhməd buna görə əsgərliyə aparılmayıb – “Şizofrenəbənzər pozuntu”

Bakıda 5 ailə üzvünü amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına dair suala aydınlıq gəlib.

 

Tacxeber.com xəbər verir ki, suala cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov verib.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib” – qurum rəsmisi bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda məktəb yaxınlığında DƏHŞƏT: Qoca kişi azyaşlı qıza təcavüz edib – VİDEO

redaktor

Qalib gələn nəsillər normal cəmiyyətlər inşa edə bilir.

admin

Kür çayının sahilində narkotik yetişdirən şəxs saxlanılıb – FOTO

redaktor