Avdeyevka şəhəri uğrunda gedən döyüşlərdə Rusiya qüvvələrinin itkiləri Ukraynanın itkilərindən 13 dəfə çoxdur.
Bu barədə məlumat OSİNT analitiklərinin təqdim etdikləri hesabatda yer alıb.
Bildirilib ki, təqdim olunan rəqəmlər 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər olan dövrü əhatə edir.
Rusiyanın Avdeyevkadakı itkiləri:
Zirehli döyüş maşınları – 365 ədəd
Tanklar – 222 ədəd
Artilleriya – 22 ədəd
Avtomobil texnikası – 16 ədəd
Xüsusi texnika – 15 ədəd
Reaktiv yaylım atəş sistemləri – 8 ədəd
Hava hücumundan müdafiə sistemləri – 6 ədəd
Ukraynanın Avdeyevkadakı itkiləri:
Zirehli döyüş maşınları – 21 ədəd
Tanklar – 20 ədəd
Artilleriya – 4 ədəd
Xüsusi texnika – 1 ədəd
Reaktiv yaylım atəş sistemləri – 1 ədəd
PUA – 2 ədəd
Digər – 1 ədəd.
Qeyd edək ki, “Forbes” nəşri oktyarın əvvəlindən bəri Rusiyanın Avdeyevka istiqamətində 214 tank itirdiyini yazmışdı. (Axar)