24 C
Bakı
13 Avqust 2025 22:38
DünyaMuharibə

Avdeyevka döyüşləri: Rusiyanın fantastik itkiləri…

Avdeyevka şəhəri uğrunda gedən döyüşlərdə Rusiya qüvvələrinin itkiləri Ukraynanın itkilərindən 13 dəfə çoxdur.

 

Bu barədə məlumat OSİNT analitiklərinin təqdim etdikləri hesabatda yer alıb.

 

Bildirilib ki, təqdim olunan rəqəmlər 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər olan dövrü əhatə edir.

 

Rusiyanın Avdeyevkadakı itkiləri:

 

Zirehli döyüş maşınları – 365 ədəd

Tanklar – 222 ədəd

Artilleriya – 22 ədəd

Avtomobil texnikası – 16 ədəd

Xüsusi texnika – 15 ədəd

Reaktiv yaylım atəş sistemləri – 8 ədəd

Hava hücumundan müdafiə sistemləri – 6 ədəd

 

Ukraynanın Avdeyevkadakı itkiləri:

 

Zirehli döyüş maşınları – 21 ədəd

Tanklar – 20 ədəd

Artilleriya – 4 ədəd

Xüsusi texnika – 1 ədəd

Reaktiv yaylım atəş sistemləri – 1 ədəd

PUA – 2 ədəd

Digər – 1 ədəd.

 

Qeyd edək ki, “Forbes” nəşri oktyarın əvvəlindən bəri Rusiyanın Avdeyevka istiqamətində 214 tank itirdiyini yazmışdı. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Çeçenistanda: Yayılan o, videodan sonra nazir müavini yoxa çıxıb

admin

“Tramp dünya nizamını böyük dövlətlər prinsipi üzərində qurur” – Aleksandr Duqin

redaktor

Ermənilər kütləvi surətdə Bakıya zəng edir

redaktor