24 C
Bakı
22 İyun 2025 10:05
CəmiyyətGündəm

Yazıçı: “Baləli ilə Nəfəsin dueti “iki zirvə”nin triumfudur”

 

“Dostlardan biri bu müəllimin (Aktyor Nofəl Şahlaroğlunu nəzərdə tutur-red) meyxana haqqında söhbətini atıb. Baxdım. Özünə xas teatral pafosla sağa-sola “pustoy” atəşlər açaraq meyxananın ciddi sənət olduğunu sübut etməyə çalışır. Diplom işi yazıbmış-filan. Olsun, əlbəttə. Abşeron folklorundan diplom işi də yazmaq olar, lap elmi iş də, amma meyxanaçıları söz ustadı kimi təqdim etmək olmaz”.

Tacxeber.com-ın xəbərinə görə, bunu yazıçı Şərif Ağayar bildirib.

 

Ş.Ağayar qeyd edib ki, meyxana deyən sözü ustad səviyyəsində bildiyi an meyxanadan uzaqlaşmalıdır: “Hobbi kimi demək başqa. Vahid hobbi kimi deyirdi. Hobbi kimi deməyibsə, böyük istedadına rəğmən onun da ustadlığına şübhəm yarana bilər.

 

Baxış sayı naminə kütləyə yaltaqlanmayın. Mənim də hərdən qulaq asdığım Damlanın baxış sayı meyxanadan da çoxdur. O musiqi sənətində hansı məqamdadırsa, meyxana da təxminən ordadır. Milli-mental dəyərlərə sığınmaq sənətin səviyyəsini qaldırmır.

 

Baləli ilə Nəfəsin dueti “iki zirvə”nin triumfudur. Budur mahiyyət. Ciddi musiqinin və sözün yüngül – kütləyə hesablanmış tumançaq imitasiyası. Meyxana niyə var demirik, olmasın da demirik, sadəcə, yerini göstəririk”.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda bu fərdi yaşayış evləri söküləcək – icra başçısı qərar verdi

admin

“Artıq Avropa bazarına çıxmışıq” – Qurban Qurbanov

admin

TikTok kimi platformalar mədəniyyətimizi və dilimizi dəstəkləmək üçün böyük potensiala malikdir – İlkin Həsəni

redaktor