Dünya

ÜST həyəcan təbili çalır: Dünyanı ölümcül xəstəlik bürüyür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə vəziyyət kimi təsnif edilən vəbanın sürətlə yayılmasına nəzarəti davam etdirir.

 

Qeyd olunub ki, təkcə 2024-cü ilin yanvar ayında 40,9 min insan ölümcül xəstəliyə yoluxub, onlardan 775-i dünyasını dəyişib.

ÜST-ün məlumatına görə, bakterial infeksiya Afrika, Amerika, Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Vəbanın daha çox yayıldığı Zambiya və Zimbabvedə vəziyyət son dərəcədə kritikdir.

 

2023-cü ildə 700 mindən çox, 2022-ci ildə təxminən 500 min, 2021-ci ildə isə 220 mindən bir qədər çox xəstəlik qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Boltondan şok iddia: “Xameneyinin ölümündən sonra…”

admin

21 mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək

redaktor

Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi… – Sandu

redaktor