Dünya

ÜST həyəcan təbili çalır: Dünyanı ölümcül xəstəlik bürüyür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə vəziyyət kimi təsnif edilən vəbanın sürətlə yayılmasına nəzarəti davam etdirir.

 

Qeyd olunub ki, təkcə 2024-cü ilin yanvar ayında 40,9 min insan ölümcül xəstəliyə yoluxub, onlardan 775-i dünyasını dəyişib.

ÜST-ün məlumatına görə, bakterial infeksiya Afrika, Amerika, Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Vəbanın daha çox yayıldığı Zambiya və Zimbabvedə vəziyyət son dərəcədə kritikdir.

 

2023-cü ildə 700 mindən çox, 2022-ci ildə təxminən 500 min, 2021-ci ildə isə 220 mindən bir qədər çox xəstəlik qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Krımın ən böyük zavodu nəzarətə götürüldü

redaktor

Merz Ağ Evdə az qala diplomatik qalmaqala səbəb oldu

redaktor

İrəvan metrosundan “Tarix Ermənistan” xəritəsi yığışdırıldı – FOTO/VİDEO

redaktor