Argentinada yerləşən Villa Epekuen şəhərciyi bir vaxtlar populyar turizm mərkəzi idi.
Sahilində salındığı Epekuen gölünün duzluğunun çox olması səbəbindən revmatizm, dəri xəstəlikləri və başqa xəstəliklərdən müalicə etdiyi iddia olunurdu. 1960-1970-ci illərdə buraya ilboyu 20-25 min turist gəlirdi.
1980-ci illərin əvvəllərində yağıntıların artması nəticəsində Epekuen gölünün səviyyəsi yüksəlməyə başlayır. Nəhayət, 1985-ci ilin noyabrında su bəndi aşaraq şəhəri basır. 1993-cü ildə Villa Epekuen 7 metr suyun altında idi.
2009-cu ildə su çəkilməyə başladı. Hazırda şəhərciyin çox hissəsindən su çəkilib, əvəzində duz qatı örtüb. 2010-cu illərdə buranın cəmi bir sakini geri qayıdaraq yaşayırdı. Amma o da 1930-cu il təvəllüdlü idi. İndi də yaşayır, ya yox, bilmirəm.