21 C
Bakı
23 İyun 2025 02:38
Cəmiyyət

“Pomidorları soyuducuda saxlamaq olmaz” – Aqronom

“Pomidorları soyuducuda saxlamaq olmaz, çünki bu halda onlar qida xüsusiyyətlərini itirirlər”.

Tacxeber.comxəbər verir ki, bu barədə lenta.ru-ya aqronom Aleksey Kurenin danışıb.

Kurenin bildirib ki, pomidorun soyuducuda saxlanması tərəvəzlərin keyfiyyətinə və dadına mənfi təsir göstərə bilər:

“Soyutma tərəvəz içərisində xarakterik dad və aromadan məsul olan proseslərə təsir göstərir. Pomidorların xarakterik dadına üç qrup birləşmə cavabdehdir: şəkərlər, turşular və böyük uçucu üzvi birləşməsi. Əgər meyvə lazımi temperatura qayıtdıqdan bir və ya iki gün sonra birinci və ikinci qismən bərpa oluna bilərsə, onda bəzi uçucu aromatik maddələr soyuducuda qısa müddət saxladıqdan sonra demək olar ki, tamamilə yox olur”.

Aqronomun sözlərinə görə, pomidor ən azı 10-12 dərəcə istilikdə, kifayət qədər hava mübadiləsi olan quru yerdə saxlanmalıdır.
Kurenin həmçinin pomidorun düzgün seçim qaydasından danışıb:

“Yaxşı pomidor möhkəm, çox sərt və ya yumşaq olmamalı, özünəməxsus, xoş ətirli olmalıdır. Sərt meyvə yetişməmiş, yumşaq isə artıq həddindən artıq yetişmiş ola bilər, turş qoxu çürümə prosesinin başlanğıcını göstərə bilər”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan üçün çıxış şok effekti yaratdı: İrəvan meydanından VİDEO

redaktor

“WhatsApp” sabahdan bəzi smartfonlarda işləməyəcək

redaktor

Əli Əliyev işi – dustaqlar partiya sədrini yekəxanalıqda günahlandırır

admin