Dünya

Finlandiyanın yeni prezidenti Rusiya ilə münasibətlərə son qoydu: “Putin zəng etsə, telefonu açmayacam”

“Finlandiya Ukraynada müharibə başa çatana qədər Rusiya ilə münasibət saxlamayacaq”.

 

Bu sözləri Finlandiyanın yeni seçilmiş Prezidenti Aleksandr Stubb brifinq zamanı deyib.

“Əlbəttə, səbəb odur ki, Rusiya Ukraynada müharibəni bitirənə qədər bizim münasibətimiz ola bilməz”, – deyə Stubb bildirib.

 

O qeyd edib ki, ölkələr arasında əlaqələr ümumi sərhədlər məsələsi üzrə davam edir. Stubb, həmçinin qeyd edib ki, vəziyyətin yaxşılaşması üçün heç bir perspektiv görmür.
Eyni zamanda, Aleksandr Stubb söz verib ki, əgər Rusiya Prezidenti Vladimir Putin zəng etsə və seçkidəki qələbəsi münasibətilə onu təbrik etmək istəsə, telefonun dəstəyini qaldırmayacaq.

 

Qeyd edək ki, Stubb rəsmi olaraq martın 1-də vəzifəsinin icrasına başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir azərbaycanəsilli hərbi qulluqçu Ukraynada həlak oldu

redaktor

Putin 25 il əvvəl nə üçün prezident olmaq istəməyib?

redaktor

Orban deyir ki, Tramp Macarıstana Rusiya neftini almağa icazə verib

admin