12 C
Bakı
28 Mart 2026 16:02
DünyaGündəmİqtisadiyyat

“Bitcoin” yenidən bahalaşır – SON QİYMƏTİ

Dünyada ən bahalı kriptovalyuta olan “Bitcoin”in qiyməti 50 min dollara yaxınlaşır.

 

Bu gün birjalar açılanda “Bitcoin”in qiyməti 49 min dollara qədər yüksəlib, daha sonra qiymət 47 min dollara düşüb.

 

Son zamanlarda “Bitcoin”də bahalaşmada davamlılıq görünür. Bu valyutaya sərmayə qoyuluşları artır ki, bu da kriptovalyutanın dəyərini yüksəldir.

 

Birja analitiklərinin fikrincə, informasiya texnologiyaları inkişaf etdikcə kriptovalyutalara maraq bir qədər də artacaq. Buna görə də onlar “Bitcoin” kimi populyar kriptovalyutaların alıcılarının çoxalacağını düşünürlər.

 

“Bitcoin”in bahalaşması onun bazar dəyərini də artırır. Bu günə olan məlumata görə “Bitcoin”in ümumi bazar dəyəri 940 milyard dollara çatıb.

 

Xatırladaq ki, “Bitcoin” indiyə kimi ən yüksək qiymətə 2021-ci ilin oktyabrında satılıb. O zaman bir “Bitcoin”in dəyəri 61 min dollar təşkil edirdi.  (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya yerli xalqları müharibədə belə qırdırır – Şok statistika

redaktor

Bağdakı dəliyə baxan ailə inanmadı – Milyonçu oldular / FOTO

redaktor

Kim Çen Inın bacısı: Həddindən artıq hürürlər, məhv edəcəyik

redaktor