Gündəm

“Ermənilərin təhlükəsiz şəkildə Qarabağa qayıtmasına şərait yaratmağa hazırıq” – Rusiya XİN

“İstəsələr, Rusiya Qarabağ ermənilərinin təhlükəsiz şəkildə bölgəyə qayıtmasına şərait yaratmağa hazırdır”.


Tacxeber.com
 xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi olub. Bu baxımdan, bunu etmək istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi şəkildə təmin etməklə, geri qayıtmasına şərait yaratmaq vacibdir. Biz fəaliyyəti böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə bu prosesə hər cür kömək göstərməyə hazırıq”, – diplomat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Yolumuzun üstünə köşk qoyub piyadaların hərəkətinə mane olurlar” – FOTO

admin

Kəramət Böyükçöl Azərbaycandan gedir? – “İlim-ilim itmək…”

redaktor

“Karserdə huşunu itirəndən 5 gün sonra həkim onu “müayinə” etməyə lütf edib”

admin