26 C
Bakı
21 İyun 2025 14:47
Cəmiyyət

Canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı

Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında yaşayan canavarların xərçəngdən sağ qalmasına imkan verən genom var.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın İnteqrativ və Müqayisəli Biologiya Cəmiyyətinin saytında dərc olunmuş araşdırma məqaləsində deyilir.

Araşdırma artan xərçəng riskinə davamlı görünən canavar genomunun spesifik bölgələrini müəyyən edib.

 

Qeyd edək ki, Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində qəza baş verib. Yaralıların ümumi sayı mübahisəli bir məsələ olaraq qalır. Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4.000-dən, “Greenpeace” araşdırmasında göstərilən 200.000-ə qədər dəyişir.

Tacxeber.com

Oxşar xəbərlər

İrəvanda saxlanılan rusiyalı iş adamını Azərbaycan 2021-ci ildə axtarışa vermişdi

redaktor

Masa altında yeyilən 12 üzüm hansı mənanı daşıyır?

redaktor

“Toppuş bacı”nın məzarında foto niyə yoxdur?

redaktor