Dünya

Zelenski komandanləq qərargahının və müdafiə şurasının tərkibini dəyişdi

Ukrayna Prezidenti Volodimir Zelenski öz fərmanı ilə Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskini Ali Baş Komandanlıq Qərargahının tərkibinə daxil edib, Valeri Zalujnını isə qərargahın tərkibindən kənarlaşdırıb.


Tacxeber.com
xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Agentliyin məlumatına görə, başqa bir fərmanla Ukrayna lideri Sırskini Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) tərkibinə daxil edib, lakin eyni zamanda Zalujnı və keçmiş veteranlarla iş üzrə nazir Yuliya Laputinanı şuranın tərkibindən kənarlaşdırıb.

Qeyd edək ki, fevralın 8-də Zelenski general-polkovnik Aleksandr Sırskinin ölkənin Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edildiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Atamın ölmədiyini dəqiqləşdirmək üçün ona zəng etdim” – Trampın oğlu

redaktor

Ömrünün son günlərini İstanbulda keçirmək istəyən Lev Tolstoydan 17 maraqlı töhfə

admin

AZƏRBAYCAN-RUSİYA GÖMRÜKLƏRİNDƏ NƏ BAŞ VERİR? – Yük maşınları günlərdir qonşu ölkəyə keçə bilmirlər…

redaktor