DünyaSiyasət

NATO-Rusiya müharibəsi BAŞLAYIR? – “İllərlə davam edəcək”

NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun üzvlərini Rusiya ilə münaqişəyə hazırlaşmağa və döyüş potensialını artırmağa çağırıb.

 

Stoltenberq qarşıdurmanın onilliklərlə davam edə biləcəyini deyib.

 

“NATO Rusiya ilə müharibə istəmir. Amma biz onilliklər davam edə biləcək mümkün qarşıdurma üçün özümüzü silahlandırmalıyıq”, – Stoltenberq “Welt”ə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırda ən yaxşı müdafiə Ukraynaya yardım və NATO qoşunlarına investisiya qoyuluşudur. Daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, Rusiya ilə NATO arasında qarşıdurma yaxın 3-5 il ərzində baş verə bilər.

 

“Bild” nəşri isə Almaniyanın Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını qeyd edib. (Sfera)

 

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp müharibəni daha tez bitirəcək – Zelenski

admin

Ukrayna Britaniya raketlərindən istifadə edir – Makkol

redaktor

ABŞ-nin dövlət borcu qorxulu həddə çatdı – 34 trilyon dollar

redaktor