19 C
Bakı
24 İyun 2025 00:10
İdman

Argentina-Nigeriya oyunu ləğv edildi: Messi qalmaqalına görə

 

Hançjou İdman Komitəsi Argentina və Nigeriya arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.

 

Tacxeber.comxəbər verir ki, buna səbəb kimi Lionel Messi amili göstərilib.

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib”, – deyə rəsmi məlumatda bildirilir.

 

Qeyd edək ki, “məlum səbəblər” ifadəsi ilə təşkilatçılar Honkonqda “ İnter Mayami”nin hücumçusu Lionel Messi ilə bağlı münaqişə vəziyyətini nəzərdə tuturdular. Argentinalı zədə səbəbindən həmin oyunda iştirak etmədi, lakin bir neçə gün sonra Yaponiyada meydana çıxdı və bu da azarkeşlərin qəzəbinə səbəb oldu.

 

Qeyd edək ki, Argentina və Nigeriya görüşü martın ikinci yarısında Çində baş tutmalı idi. Hazırkı dünya çempionlarının Kot-d’İvuarla da görüşü planlaşdırılıb. Hələlik bu oyun haqqında məlumat yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2022-nin seks-simvolu bu kluba azarkeşlik edirmiş – FOTO

redaktor

“Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?

redaktor

Buna tab gətirmək çətindir, cavabım qətidir – Qurban Qurbanov nöqtə qoydu

redaktor