21 C
Bakı
12 Avqust 2025 07:36
Dünya

Videosu yayılan siyasətçi: “Bilsəydim, məni çəkən var…” – FOTOLAR

Avstraliyalı siyasətçi Barnabi Coys ötən gün çox maraqlı vəziyyətdə çəkdirdiyi videosu ilə gündəmə gəlib.

Ölkənin 56 yaşlı keçmiş baş nazirinin müavini Barnabi Coysun Kanberranın Lonsdeyl küçəsində yerdə uzanmasının videosu yayılıb.

Mənbələr bildiriblər ki, siyasətçi böyük bir çiçək qabının üstündə oturaraq telefonla həyat yoldaşı Vikki Kampion ilə danışırmış. Bu zaman müvazinətini itirən siyasətçi yerə yıxılıb və heç nə olmayıbmış kimi uzanıqlı vəziyyətdə söhbətə qaldığı yerdən davam edib.

 

Görüntülər yayıldıqdan sonra buna münasibət bildirən siyasətçi “məni videoya çəkən birinin olduğunu bilsəydim, daha tez ayağa qalxardım” deyib.

 

Video və fotoların yayılmasındasn sonra bəzi insanlar siyasətçini istefaya çağırıb.

 

Akademik və siyasi yazıçı Cenni Hokinq da sosial şəbəkə hesabından Coysu sərt şəkildə tənqid edib.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvanın hava limanında vətəndaşdan dörd milyon oğurlandı.

admin

Putin Qafqazdakı riskə görə Paşinyandan “qorxur” – TƏFSİLAT

admin

Zukerberq xəstəxanaya yerləşdirildi – FOTO

redaktor