20 C
Bakı
24 İyun 2025 01:45
DünyaSiyasət

“Demokratların prezidentliyə namizədi Bayden yox, Mişel Obama olacaq” – İDDİA

Demokratlar Partiyasının namizədi ABŞ Prezidenti Co Baydenin yerini ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama tutacaq.

 

Bu barədə amerikalı siyasətçVivek Ramasvami X sosial şəbəkəsindəki səhifəsində bildirib.

 

“Bayden Demokratların namizədi olmayacaq. Mişel Obamaya hazırlaşın”, – o yazıb.

 

Siyasətçinin sözlərinə görə, Bayden seçkilərdə iştirak edə bilməz, çünki ABŞ Ədliyyə Departamenti onun məxfi sənədlərlə düzgün davranmaması barədə hesabat yayıb. O, bu faktın onun prezidentliyə namizəd olmasına mane olduğunu vurğulayıb, buna görə də Demokratlar Partiyası Baydeni prezidentlik yarışından kənarlaşdıracaq.

 

Qeyd edək ki, Ramasvami bir müddət əvvəl Baydeni Ukrayna bayrağının rənglərində qalstuk taxdığına görə qınayıb. O qeyd edib ki, hətta Ukrayna lideri Amerika prezidentindən fərqli olaraq bunu etmir.

 

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tokayev İlham Əliyevi təbrik etdi

redaktor

Donaldın oğlunun Kanadanın Baş naziri olma ehtimalı böyükdür.

admin

Fransadakı səfirimiz geri çağırılsın – Deputat

redaktor