İqtisadiyyat

Kakao rekord həddə bahalaşdı – “Şokolad qiymətləri artacaq”

Kakao fyuçersləri rekord həddə bahalaşıb.

 

Tacxeber.com Bloomberg-ə istinadən xəbər verir ki, qiymətlər bir ton üçün 5 392 dollara çataraq, 1977-ci ildə olan 5 379 dollarlıq zirvəni keçib.

 

Səbəb isə qlobal tədarükün əsas hissəsini təşkil edən Qərbi Afrikada qeydə alınan ekstremal hava şəraiti olub. Belə ki, daha əvvəl yağan yağışlar məhsul xəstəliklərinin yayılmasına və məhsul yığımının gecikməsinə səbəb olub. Ardınca isə istehsalı daha da azalda biləcək mövsümi quraqlıq müşahidə edilib. Bu da ötən il ərzində qiymətlərin iki dəfə artmasına yol açıb.

 

Sözügedən halın şokolad və digər qənnadı məmulatlarının qiymətlərini daha da yüksəldəcəyi ehtimal olunur. Çünki şokolad istehsalçılarının ehtiyatlarının tükənmək üzrə olduğu qeyd olunur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu il Azərbaycanda 10 milyondan çox pul qazanan 9 bankın sahibləri kimdir? – Siyahı

redaktor

Proqnozlar özünü doğrultmayacaq, düşünmək lazımdır – Əli Məsimli

admin

Azad edilmiş ərazilərdə sahibkarlara maliyyə yardımı ediləcək — QƏRAR

redaktor