Cəmiyyət

Emin Həsənli Müdafiə Nazirliyini məhkəməyə verdi

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Həsənli Emin Əliyar oğlu Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.


Tacxeber.com verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın icraatına verilib.
Məhkəmə iddiasının hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr ilə əlaqəli olduğu bildirilir.


Emin Həsənli

Qeyd edək ki, Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıran Emin Həsənli eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvdür. Daha əvvəl isə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olub. Emin Həsənli həm də “Hərbi And” qəzetinin baş redaktorudur.

Tacxeber.com

Oxşar xəbərlər

Razi Nurllayevin ailə üzvlərinə məxsus şirkət İmişli sakinin pulunu vermir – QALMAQAL

admin

AFFA Santuşa təzminat kimi bu məbləği ödədi

admin

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

redaktor