Gündəm

Bu günə kimi Azərbaycanda dövlət başçısı olmuş şəxslər – Tam siyahı

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə növbəti 7 il müddətində dövlət başçısı vəzifəsinə seçilib.

Tacxeber.com xəbər verir ki, Prezident İlham Əliyevdən əvvəl bu vəzifəni 25 nəfər icra edib.

Bu şəxslərdən 2 nəfər müəyyən fasilədən sonra 2-ci dəfə dövlət başçısı olublar. Heydər Əliyev ilk dəfə 14 iyul 1969 – 3 dekabr 1982-cu illərdə, 2-ci dəfə isə 1 sentyabr 1993 – 15 oktyabr 2003-cü illərdə dövlət başçısı olub. Ayaz Mütəllibov ilk dəfə 25 yanvar 1990 – 6 mart 1992-ci illərdə, 2-ci dəfə isə 14 may-18 may 1992-ci il tarixlərində (4 gün)  dövlət başçısı olub.

Azərbaycanda 1918-ci ildən –  ilk respublika qurulduqdan sonra  dövlət başçısı vəzifəsini icra edən şəxslərin siyahısını təqdim edirik:

1.  Fətəli xan Xoyski  –  28 may 1918 – 14 aprel 1919
2.  Nəsib bəy Yusifbəyli –  28 may 1919 – 30 mart 1920
3.  Məmmədhəsən Hacınski –  30 mart 1920 – 28 aprel 1920
4. Mirzə Davud Hüseynov – 28 aprel – 23 iyul 1920
5. Viktor Naneyşvili – 23 iyul 1920 – 9 sentyabr 1920
6. Yelana Stasova – 9 sentyabr – 15 sentyabr 1920
7. Vladimir Dumbadze – 15 sentyabr 1920 – 24 noyabr 1920
8. Qriqori Kaminski – 24 oktyabr 1920 – 24 iyul 1921
9. Sergey Kirov – 24 iyul 1921 – 5 yanvar 1925
10. Ruhulla Axundov –  5  yanvar 1925 – 21 yanvar 1926
11. Levon Mirzoyan  – 21 yanvar 1926 – 11 iyul 1929
12. Nikolay Gikalo – 11 iyul 1929 – 5 avqust 1930
13. Vladimir Polonski – 5 avqust 1930 – 7 fevral 1933
14. Ruben Rubenyan – 7 fevral 1933 – 10 dekabr 1933
15. Mir Cəfər Bağırov – 10 dekabr 1933 – 6 aprel 1953
16. Mir Teymur Yaqubov – 6 aprel 1953 – 17 fevral 1954
17. İmam Mustafayev – 17 fevral 1954 – 10 iyul 1959
18. Vəli Axundov – 10 iyul 1959 – 14 iyul 1969
19. Heydər Əliyev – 14 iyul 1969 – 3 dekabr 1982
20. Kamran Bağırov – 3 dekabr 1982 – 21 may 1988
21. Əbdürrəhman Vəzirov –  21 may 1988 – 25 yanvar 1990
22. Ayaz Mütəllibov – 25 yanvar 1990 – 6 mart 1992
23. Yaqub Məmmədov – 6 mart 1992 – 14 may 1992
24. Ayaz Mütəllibov – 14 may 1992 – 18 may 1992
25. İsa Qəmbər – 19 may 1992 – 16 iyun 1992
26. Əbülfəz Elçibəy – 16 iyun 1992 – 1 sentyabr 1993
27. Heydər Əliyev – 1 sentyabr 1993 – 15 oktyabr 2003
28. İlham Əliyev – 15 oktyabr 2003 –

 

Tacxeber.com

Oxşar xəbərlər

Hər ay kompleksin əməkdaşı gəlib maaş cədvəlinə qol çəkdirir, amma onlara maaş vermir.

admin

Zelenskini qovdular yoxsa özü tərk etdi Ağ Evi?

admin

Talıbovların “qara kassası” danışa bilər

redaktor