16 C
Bakı
27 Sentyabr 2025 04:34
Cəmiyyət

Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir – Pediatrdan ÇAĞIRIŞ

 

“Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir. Sonra da psixoloqlarda seanslar, həkimlərdə gəzmək, dərmanlar…”

 

Tacxeber.comxəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O valideynlərə çağırış edərək övladlarını zərərli qidalardan uzaq tutmağa çağırıb:

“Bilsəm ki, həqiqətən valideynlər etdiyini başa düşmür, özümə ayıracağım vaxtdan onları öyrətməyə ayıraram. Amma görürəm ki, onların özlərinin beyni də çox yuyulub. Çünki, qəbulda saatlarla danışsam da, baxışlarında dəyişiklik hiss etmirəm. Ya anlada bilmirəm, ya da anlamaq istəmirlər. Düzü, necə edək bilmirəm. Məhvə doğru gedən insan populyasiyasına acıyıram.
Hələ görün, bu gün telefon asılığından əziyyət çəkən uşaqları nə gözləyir. Manqurt kütlə formalaşacaq. Ağzında fri kartof, əlində telefon.

 

Necə edək? Otağımda zərərli məhsulları göstərən şəkil asmışam, lövhəyə olar-olmazları yazmışıq. Yazırıq, efirdə danışırıq.

 

Hər pediatr otağında zərərli məhsullardan uzaq durmağı göstərən şəkillər olmalıdır. Məktəblərdə də paylanmalıdır. Bağça uşaqlarının isə valideynlərinə verilməlidir.

 

Bu işdə Elm və Təhsil, Səhiyyə Nazirlikləri, TƏBİB valideynin öz uşağı üçün narahat olduğu kimi narahat olmalıdır”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

DSX 200 minlik xidməti at alır.

admin

Kişilərin ən böyük probleminə ÇARƏ TAPILIR

redaktor

Həbsdə olan AXCP üzvü 25 gün “karsa” salınıb

admin