26 C
Bakı
21 İyun 2025 19:38
Cəmiyyət

Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açıb – VİDEO

Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açıb - VİDEO

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində havaya atəş açıb.

 

Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gənclər dostunun toyunu qeyd ediblər və havaya avtomatlardan atəş açıblar. Bu hadisədən sonra güc strukturları Azərbaycan diaspor təşkilatı olan “Odlar Yurdu”nda yoxlamalara başlayıb.

 

“Yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov bir gün əvvəl dostlarından birinin toyunu qeyd edib. Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayanıb, 10 nəfər gənc çölə çıxaraq avtomat və tapançalarla havaya atəş açmağa başlayıb. Atəş səsləri yerli sakinləri qorxudub. Nəticədə Əhmədov və onun 9 dostu saxlanılıb, polis əməkdaşına tabe olmama maddəsi ilə protokollar tərtib edilib, iş materialları məhkəməyə verilib”, – deyə “Shot” yazıb.

///APA

Tacxeber.com

Oxşar xəbərlər

Emin Əmrullayevin yerinə kim olsa… –  Açıqlama

redaktor

İmran Əliyevin həbs müddəti uzadılıb, Hafiz Babalı ev dustaqlığına buraxılmayıb

admin

Hər saniyə Amerikaya köçməyimə şükür edirəm”

admin