CəmiyyətKriminal

Professor Mayis Əliyevin evinə HÜCUM EDİLDİ: Əl-ayağını kəndir və kabellə… –

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.

 

İttihama əsasən, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. “İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı tələbə ABŞ-da pilot kimi çalışacaq – FOTO

redaktor

Naxçıvanda 3 dövlət qurumu birləşdi

admin

Azərbaycanda kiloqramı 40 manata satılan nadir göbələk

redaktor