21 C
Bakı
22 İyun 2025 22:54
Şou

“Bəzi xanəndələr ifalarını hələlik kənara qoysunlar, getsinlər…” – Video

“Aparıcıların bəzilərinə fikir verirəm ki, qoca arvad, nənələr kimi danışırlar. Qoca nənələr ağızlarında dişləri olmadığı üçün “protez” taxırlar. Hərdən hirslənəndə o protez çıxır. Onların tələffüzü də fərqli olur. Aparıcılar dişləri “Hollivud gülüşü” olsun deyə dəyişirlər”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Xəbər-ətər” verilişində deyib. O, aparıcıların bunu etdirməsinə qarşı çıxıb:

 

“20 yaşında qız vinir dişlər etdirirsə, əlbəttə onun tələffüzü düzgün olmayacaq. Həm də ağızda pis qoxuya səbəb olur. Çünki dişin dibində yemək qalıqları qalır. İki ildən bir isə onları dəyişməlisən. Bu, aparıcılara qətiyyən olmaz, onlar təbii olmalıdırlar.

 

Mənim alt dişlərim əyridir, onlara vinir qoydurmuram, çünki bu, mənim gözəlliyimdir. Bəzi Hollivud ulduzlarının burun dəliklərinə tava girər. Əməliyyat etdirirlər? Yox! Dişləri də əyridir, Bu, özü bir gözəllikdir”.

 

Elza Seyidcahan bəzi xanəndələrin sözləri düzgün tələffüz etməməsinə irad bildirib:

 

“Bəzi xanəndələrimiz sözləri düzgün tələffüz etmirlər, Hələlik ifalarını kənara qoysunlar və gedib düzgün danışığı, diksiyanı öyrənsinlər. İncəsənət universitetində yəqin ki, diksiya ilə məşğul olan müəllimlər var”.

Tacxeber.com

Oxşar xəbərlər

Arvadını aparmağa gələn şəxs görün Zaura nə etdi – Video

redaktor

“Valideynin cəhənnəmi övladı itirəndən sonra başlayır”

redaktor

Məşhur modellə eşq yaşadı, Vüqar Biləcərinin ölümündə günahlandırıldı – Fotolar

redaktor