
“Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyinə müraciət edib. Həmin müraciətə əsasən, “Ekoloji təmiz məhsullar haqqında” qanunun ləğvi istənilib. Eyni zamanda “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik olunması tələb edilib. Bu da açıqdan-açığa geni dəyişdirilmiş məhsulların Azərbaycana idxalına və istehsalına səbəb ola, çox ciddi təhlükə törədə bilər. Təbii ki, bərk qida məhsulları ilə yanaşı, quru qida məhsulları arasında da belə hallar çoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
O, içkilərlə bağlı da narahatlığını ifadə edib:“”Coca-Cola”, “Fantan”ın hormonlara necə təsir etdiyini deyə bilmərəm, bu, müəyyən qədər mütəxəssis rəyi tələb edir.