24 C
Bakı
22 İyun 2025 13:52
Dünya

Cəbhədə vəziyyət dalana dirənib – ZELENSKİ

Cəbhədə vəziyyət dalana dirənib - ZELENSKİ 

“Rusiya-Ukrayna cəbhəsində vəziyyət dalana dirənib”.

Tacxeber.comxəbər verir ki, İtaliyanın “Rai1” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski bunu avadanlıqla bağlı gecikmələrlə izah edib.

“Biz dünyanın ən böyük ordularından birinə sahib olan terrorçulara qarşı mübarizə aparırıq, kifayət qədər silah-sursat yoxdur, müasir texniki vasitələrə ehtiyacımız var”, – Zelenski belə deyib.

 

Eyni zamanda, Ukrayna prezidenti dəniz əməliyyatını qeyd edib: “Bunun sayəsində Rusiya bir çox gəmilərini itirib, Ukrayna isə taxıl dəhlizi yarada bilib”.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan bura girə bilməz” deyən polkovnik qaçdı! – Video

redaktor

Dünyanı dəyişən 12 nəfər – Tarixin kölgəsində qalan dahilər

admin

Zəlzələ ilə bağlı qorxulu detal: 6,8 bal gücündə…

redaktor