3 C
Bakı
11 Fevral 2026 17:53
GündəmSağlamlıq

Ağciyərləri möhkəmləndirmək üçün vacib qidalar

Ağciyərləri möhkəmləndirmək üçün vacib qidalar

 

 

Qışda ağciyərlər ən çox risk altında olan orqandır. Burun, tənəffüs orqanları ilə viruslar bronx və ağciyərlərə keçərək onları zədələyir.

 

Tacxeber.com xəbər verir ki, dietoloq Yelena Solomatina qışda ağciyərləri dəstəkləmək üçün A və E vitaminləri ilə zəngin qidalara ehtiyac duyulduğunu bildirib.

“A vitamini selikli qişaların tamlığı üçün ən vacib vitamindir. Bu vitamin sarı və narıncı meyvə tərəvəzin tərkibində çox olur: pomidor, bibər, balqabaq, kök.

 

Məhz bu qidalar ağciyərlər üçün faydalıdır. Eləcə də ağciyərlər yağı çox sevir. A vitamini yaxşı mənimsənilsin deyə yüngül isti işlənmədən keçirilməlidir.

 

Təmiz kərə yağı, quyruq, salo, yumurta sarısı, heyvani piylər də ağciyərlər üçün əvəzolunmazdır.

 

Alveolların üzəri yağdan ibarətdir, ona görə ağciyərlər yağı sevir.

 

Ağciyərlərə qan yaxşı dövr etsin deyə, damar möhkəmləndirici qidalar lazımdır. Bunlar tünd qırmızı bənövşəyi rəngdə olan qidalardır: qırmızı kələm, çuğundur, gavalı, giləmeyvələr və s.

Tacxeber.com

Oxşar xəbərlər

Vətən müharibəsi qazisi vəfat etdi

redaktor

Mineral suya iki qaşıq sirkə əlavə edib içdikdə… – İnanılmaz təsirləri

redaktor

Qaraciyər 500 funksiya yerinə yetirir – Həkim

redaktor