30 C
Bakı
12 Avqust 2025 10:39
Dünya

Narkoman milyarder- Maskın işçiləri də onunla birlikdə “uyurmuşlar”

“The Wall Street Journal” mənbələrə istinadən yazır ki, “Tesla” və “SpaceX” direktorlar şurasının bəzi üzvləri şirkətin baş direktoru İlon Maskla birlikdə narkotik vasitələrdən istifadə ediblər.

 

Tacxeber.com xəbər verir ki, şirkət işçiləri bunu Maskın əsəbiləşməməsi və öz qulluq mövqelərini itirməmək üçün ediblər.

Aydın olur ki, Maska məxsus “Tesla” və “SpaceX” şirkətlərinin direktorlar şurasının bir sıra keçmiş və indiki üzvləri sahibkarın narkotik vasitələrdən istifadə etməsindən xəbərdar olublar, lakin bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər.

 

WSJ-nin məlumatına görə, Mask “Tesla”nın direktorlar şurasının üzvü, həmçinin “Airbnb” icarə xidmətinin həmtəsisçisi Co Gebbia ilə görüşlər zamanı ketamindən istifadə edib. Sahibkarla birlikdə avtomobil istehsalçısının keçmiş idarə heyətinin üzvləri Stiv Jarvetson və Antonio Qrasias, həmçinin milyarderin qardaşı, hələ də “Tesla” və “SpaceX” şirkətlərinin direktorlar şuralarında olan Kimbal Mask narkotik vasitələrdən istifadə ediblər. Bundan əlavə, qəzet yazır ki, Maskın qardaşları və qohumları Meksikadakı butik oteldə narkotik məclislərində iştirak edirlər.(musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Xankəndidə azərbaycanlıların qəbirləri belə dağıdılır – Video

redaktor

Trampdan Zelenskiyə: Mənimlə xoşbəxt olacaqsan!

redaktor

Ermənistanın Cənubi Qafqazda Çinlə münasibətləri ən aşağı səviyyədə olan ölkədir.

admin