25 C
Bakı
23 İyun 2025 16:03
Sağlamlıq

Kişilərdə anormal sinə böyüməsi: Ginekomastiyanın müalicə üsulu nədir? – VİDEO

 

Son dövrlərdə kişilər arasında ginekomastiya xəstəliyi yayılmaqdadır.

 

Əsasən uşaqlar və yeniyetmələrdə müşahidə olunan bu xəstəlik döş toxumasının anormal şəkildə böyüməsidir.

Bu hallar hansı səbəblərdən yarana bilər?

 

Plastik cərrah Elvin Əliyev ginekomastiya xəstəliyinin əsasən genetik faktorlarla əlaqəli olduğunu bildirib:

 

“Hazırkı dövrdə istifadə olunan qidalar, bəzi irsi xəstəliklər, qaraciyərlə əlaqəli problemlər, eləcə də məşq zamanı qəbul edilən stereoidlər, həmçinin hormonal preparatların qəbulu ginekomastiyaya səbəb ola bilər”.

 

Ginekomastiyanın qarşısını hansı üsullarla almaq mümkündür?

 

Plastik cərrah qeyd edib ki, həqiqi ginekomastiyada süd vəzilərinin toxumunda ölçü böyüyür, yalançı ginekomastiyada isə kökəlmə, piylənmə hesabına süd vəzisi böyük olur:

 

“Həqiqi ginekomastiya cərrahi əməliyyatla ləğv olunur, bunlar idmanla keçmir. Əgər piylənmə hesabınadırsa, bu zaman idmanla nəticə almaq olar”.

 

Ətraflı Baku TV-nin süjetində:

 

 

Oxşar xəbərlər

Şokoladın zərərli və faydalı xüsusiyyətləri: Sinir sistemində…

redaktor

Dırnaqdakı bu ləkə ürək xəstəliyinin göstəricisidir

redaktor

Qəlyan çəkənlərin DİQQƏTİNƏ: ağız xərçəngi yaradır

redaktor