19 C
Bakı
26 Sentyabr 2025 20:47
DünyaHadisə

Britaniyanın ən böyük aviadaşıyıcısı xarab oldu

Böyük Britaniya donanmasının flaqmanı olan “Queen Elizabeth” aviadaşıyıcısı nasazlıq səbəbindən NATO-nun “Steadfast Defender 2024” təlimində iştirak edə bilməyib.

 

Bu barədə Britaniya Donanmasından məlumat verilib.

Bildirilib ki, gəmi bazar günü dənizə çıxmalı idi, lakin mütəxəssislər sağ göyərtəsindəki valın işində problem aşkarlayıblar və buna görə də aviadaşıyıcı limanda qalmalı olub.

 

“Queen Elizabeth”in əvəzinə, təlimlərə “Prince of Uels” aviadaşıyıcısının göndərilməsinə qərar verilib. Lakin onun təlimlərin keçiriləcəyi əraziyə çatması bir həftə çəkəcək”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, Steadfast Defender 2024” təlimləri fevralın 1-də başlayıb və mayın 31-nə kimi davam edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranın nüvə silahına sahib olması Azərbaycan və Türkiyə maraqlarına uyğundurmu?

admin

Ana həbsdəki oğluna blinçikin içində heroin aparıb

redaktor

İstanbulu qana bulayan terrorçudan etiraflar

redaktor