15 C
Bakı
29 Mart 2026 18:06
Dünya

Böyük Britaniya Qəddafinin həyat yoldaşına qoyulan ölkəyə giriş qadağasını ləğv edib

 

Böyük Britaniya Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin dul arvadı Safiya Fərkaşa qarşı sanksiyaları yumşaldaraq, onun ölkəyə girişinə qoyulan qadağanı aradan qaldırıb.

 

Bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.

 

 

Qəddafi və onun qohumlarına qarşı məhdudlaşdırıcı tədbirlər London tərəfindən BMT Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 saylı qətnaməsinə uyğun olaraq tətbiq edilib.

 

Qeyd edək ki, Farkaş (qızlıq soyadı əl-Brasai) Qəddafinin ikinci həyat yoldaşı və səkkiz uşağından yeddisinin anası olub. Onlar 1970-ci ildə evləniblər və Qəddafi 2011-ci ildə vətəndaş müharibəsi zamanı öldürülənə qədər birlikdə yaşayıblar. Britaniya hökumətinin məlumatına görə, Fərkaşın Oman vətəndaşı pasportu var. Onun hazırda Misirdə yaşadığı güman edilir.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiyanın neft emalı zavodlarını vurmağa davam edəcəyik” – Ukrayna söz dinləmir?

redaktor

Erməni əsilli milyarder Rusiya vətəndaşlığından imtina etdi

redaktor

Müharibəni başlatdıqdan sonra Rusiya 18 generalını itirib

admin