Dünya

“Zelenski Zalujnını vəzifəsindən kənarlaşdırmağa cəhd edib, Budanov və Sırski buna qarşı çıxıb” – “Bild”

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnını həqiqətən vəzifəsindən kənarlaşdırmağa cəhd edib, lakin Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və USQ Quru Qoşunları Komandanı Aleksandr Sırski buna qarşı çıxıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

 

Qeyd edilir ki, Avropa İttifaqının beynəlxalq münasibətlər üzrə mərkəzinin analitiki Qustav Qressel güman edir ki, Zelenski Baş Komandan vəzifəsinə məhz Aleksandr Sırskini təyin etmək istəyib, çünki “o, prezidentə daha loyaldır”.

 

Onun fikrincə, Zelenski 2023-cü ilin yayında Baxmutu əldə saxlamağa təkid edib. Zalujnı bunun əleyhinə olub, çünki hərbi nöqteyi-nəzərdən bunun mənası olmayıb.

 

Bundan başqa, nəşr yazır ki, Zalujnı hələ bir neçə həftə bundan öncə qoşunları Avdeyevkadan çıxarmaq istəyib, lakin Zelenski bundan imtina edib və Ukrayna Silahlı Qüvvələri döyüşçülərinə dəstək vermək üçün şəxsən bu şəhərə səfər edib.

 

Həmçinin adının açıqlanmasını istəməyən daha bir ukraynalı zabit nəşrə bəyan edib ki, Ukraynada hakimiyyət uğrunda mübarizə mürəkkəb və uzun tarixçədir və ümumi vəziyyətə neqativ təsir göstərir.

 

Hərbi ekspert Niko Lanqe öz növbəsində hesab edir ki, bu qalmaqaldan sonra Zelenski və Zalujnı birlikdə çıxıb “bu debatlara son qoymalıdır”.

 

Zalujnının ehtimal edilən istefası-aktual olanlar

 

Xatırladaq ki, CNN nəşri məlumat verib ki, yanvarın 29-da Zalujnı prezident Ofisinə çağırılaraq vəzifəsindən kənarlaşdırılması barədə ona məlumat verilib.

 

Məlumatda deyilib ki, hələlik rəsmən elan edilməsə də, bununla bağlı həftənin sonunadək prezidentin fərmanı gözlənilir.

 

Qeyd edilir ki, Zalujnı ilə Zelenski arasında gərginlik xüsusilə noyabr ayında generalın “The Economist” nəşrinə verdiyi müsahibəsində Rusiya ilə müharibənin dalana dirəndiyini bəyan etdikdən sonra artıb.

 

Yanvarın 29-da bir sıra mənbələr Zelenskinin Zalujnını vəzifəsindən kənarlaşdırmağa hazırlaşması barədə məlumat yayıb. Müdafiə Nazirliyi və prezident Ofisi bir neçə saatdan sonra bu şayiələri təkzib edib.

 

Lakin KİV-lər güman edib ki, bu barədə elan edilməsi Qərbin və hərbçilərin təzyiqi altında təxirə salınıb.

 

 

Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, cəmiyyətin bu məlumata reaksiyası onun üçün “qəribə görünür”, generalı isə “prezidentin meneceri” adlandırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

VP: Tramp NATO ölkələrinə and içdi ki, Rusiya onlara hücum etməyəcək

redaktor

Benyamin Netanyahu: Bizə hücum edən hər kəs hərəkətlərinin əvəzini ağır ödəyəcək

redaktor

Meloni və Tramp arasında gizli telefon danışığı – SENSASİON DETALLAR

redaktor