20 C
Bakı
22 İyun 2025 05:13
Sağlamlıq

Fevral ayında immun sistemini qoruyacaq QİDA

Malakansayağı kələm tutması…

fevral-ayinda-immun-sistemini-qoruyacaq-qida

 

“Fevral ayında sağlamlığınızı qorumaq və immuniteti gücləndirmək üçün daha çox C vitamini istehlak etməlisiniz”.

 

Tacxeber.comxəbər verir ki, bu fikirləri terapevt Tatyana Romanenko “NEWS.ru”ya bildirib. Onun ən yaxşı məsləhəti duzlu kələm tutmasıdır.

 

Qışın son ayı fevralda orqanizm soyuqdəyməyə daha çox meyilli olur. İmmunitet nəzərəçarpacaq dərəcədə azalır. Səbəblər vitaminlərin az qəbulu, günəş işığının və fiziki fəaliyyətin azalmasıdır.

Kələm turşusunda isə C vitamini ilə yanaşı, bağırsağın işini tənzimləməyə kömək edən çoxlu miqdarda lif də var. Bədənin sağlamlığı bu orqanın vəziyyətindən asılıdır.

 

Kefir də orqanizmdə ehtiyat tükəndiyi zaman immun sisteminə kömək edəcək digər bir məhsuldur. İçkinin tərkibində bağırsaqların işləməsinə kömək edən faydalı bakteriyalar var. Kimsə kefiri sevmirsə, onda alternativ olaraq süd məhsulu seçə bilər.

 

Romanenko soyuq hava ilə əlaqədar orqanizmin daha çox enerjiyə ehtiyacı olduğu üçün fevral ayında aşağı kalorili, pəhriz xarakterli yeməklər yeməməyi tövsiyə edib: “Pəhrizin yerinə fiziki fəaliyyəti artırmaq lazımdır. Gündə ən azı bir saat təmiz havada gəzməyi məsləhət görürəm”, – deyə terapevt qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ürək sağlamlığı üçün vacib olan üç qayda

redaktor

EYZENMENGER SINDROMU NƏDİR?

redaktor

Hər gün limonlu su için

redaktor