Cəmiyyətİdman

Murad Musayev “Sabah”dan getdi

“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.

 

Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

 

Görüş zamanı Musayev “Sabah”dan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

 

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

 

Klub Murad Musayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılır

admin

Bir gündür sakinlər susuz qalıb, rəsmi səhifənin paylaşımı isə müzakirə olundu

redaktor

Razılaşmadan 5 gün keçdi: əsirlər nə vaxt qayıdır?

admin