31 C
Bakı
13 Avqust 2025 14:51
Dünya

Krımda Rusiyaya məxsus raket kateri məhv edildi – Video

Cümə axşamı, fevralın 1-nə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsgərləri Rusiya Qara Dəniz Donanmasının daha bir döyüş katerini məhv ediblər.
Tacxeber.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, əməliyyatı həyata keçirən “Group 13” xüsusi təyinatlılarının döyüşçüləri Krımdakı “İvanovets” raket katerini batırıblar.
Əməliyyat pilotsuz katerlər vasitəsilə həyata keçirilib.
Qeyd olunur ki, sözügedən kater Qara dəniz regionunda, Donuzlav gölünün kənarında yerləşib.
Bildirilir ki, kəşfiyyatçılar “İvanovets” gəmisinin gövdəsinə bir neçə zərbə endiriblər və onu 2022-ci ildə batırılan  “Moskva” raket kreyserinin taleyini yaşamağa məcbur ediblər.
Qeyd edək ki, “İvanovets” uzunluğu 56 metr, eni 10 metr olan, 41 ekipaj üzvündən ibarət böyük raket kateri idi.Onun qiyməti 60-70 milyon dollar qiymətləndirilirdi.
Xatırladaq ki, bundan əvvəl Sevastopoldakı Müdafiə Qüvvələri Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Tarantul” patrul gəmisini də batırıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Öz ayağı ilə Ukraynaya gedən 360 rus hərbçisi tabutda geri qayıtdı

admin

Ukrayna hərbçiləri rusları belə pusquya saldı – Video

redaktor

Dəhşət saçan gözəlçələr: “40 fil” bandasının əfsanəvi hekayəti “Brilyant” xanım şəhəri və dəstə üzvlərini necə qorxu altında saxlayırdı?

admin