12 C
Bakı
28 Mart 2026 04:36
CəmiyyətQalmaqalŞikayət

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

Sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay uzadılıb.

 

Xatırladaq ki, 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

 

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

 

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

 

Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Hacı Mazan oğlu haqqında ŞOK İDDİA! – Hər gün Viləş çayından 100 maşın iri daş çıxararaq, özünə məxsus zavoda aparır

admin

Məktəbdə qalmaqal: Direktor müəllimi döyüb? – VİDEO

redaktor

24 minlik alimenti ödəmədi – ikinci dəfə həbs edildi

redaktor