24 C
Bakı
13 Avqust 2025 08:33
CəmiyyətQalmaqal

Rövnəq Abdullayev daha AFFA prezidenti olmayacaq – SON DƏQİQƏ XƏBƏRİ

Rövnəq Abdullayev martda AFFA-nın prezidenti postunu tərk edəcək.

 

Tacxeber.com xəbər verir ki, Sportinfo.az bu haqda məlumatı federasiyanın özündən əldə eləyib.

 

Qurumdan redaksiyamıza verilən informasiyaya görə, R.Abdullayev martın sonunda keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyəcək.

 

Bildirilib ki, AFFA İcraiyyə Komitəsinin (İK) yanvarın 19-da Gəncədə keçirilməli olan iclasının təxirə salınması gündəmi tamamilə dəyişib.

 

İK-nin ilk dəfə bir bölgə şəhərində təşkilinin hansı səbəbdən baş tutmaması da məlumdur – müvafiq dairələr son anda buna «yox deyib

Həmin gün Gəncə Futbol Akademiyasının da açılışı nəzərdə tutulurdu, o da ləğv edildi.

 

Adını da qoydular ki, guya R.Abdullayevin səhhətində problem yaranıb və təcili xəstəxanaya yerləşdirilib. Halbuki onun sağlıq durumunda heç bir problemin olmaması bizə öncədən bəlli idi.

 

R.Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir. Ramiz Mirzəyevin dünyasını dəyişməsindən sonra federasiyanın başına keçən SOCAR-ın sabiq prezident 4 seçkiyə təkbaşına qatılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qubad İbadoğluna yeni ittiham verməyə hazırlaşırlar?

admin

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem – Bitməyən internet özbaşnalıqları

admin

Kəlmeyi şəhadətini deyib ölümə hazırlaşdı, qəzadan sağ çıxdı – VİDEO

redaktor