13 C
Bakı
27 Mart 2026 23:36
Cəmiyyət

3 dəfə evlənib, 3 uşağı var: Bütün qazancı alimentə gedir – Qanun nə deyir?

 

Azərbaycanda 3 dəfə ailə quran kişinin bütün qazancı alimentə çıxılır.

Vətəndaş Əli Həsənovun ailə qurduğu hər qadından bir uşağı var. Onun maaşından 1/4 kəsilərək uşaqlara verilir. Bu səbəbdən vətəndaşa qazancından demək olar vəsait qalmır. İndi vətəndaş alimentin azaldılması üçün məhkəməyə müraciət etmək istəyir.

Vəkil Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaşın hər bir uşaq qarşısında öhdəliyi var və həmin öhdəlik yerinə yetirilməlidir:

“Onun ailə qurması, qazancının olub-olmamamsı öhdəliyini yerinə yetirməmsi üçün əsas deyil. Alimenti sona kimi ödəmlidir. Əgər o, üç dəfə evlənməsəydi, birinci evliliyindən 3 övladı olsaydı, uşaqları saxlamayacaqdı? Üç, yaxud 10 dəfə evlənmək onun hüququqdur, aliment vermək isə vəzifəsidir. Evlənmə sayına görə məhdudiyyət yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Rus məktəbliləri sinifdə dronlar düzəldəcəklər.

redaktor

Ən çox Data Mərkəzi olan ölkələr

admin

İmtahana gələn bəzi abituriyentlər görün özləri ilə nələr gətirib… – Fotolar

redaktor