28 C
Bakı
12 Avqust 2025 21:50
İdman

Zidan qəti qərar verib: Onun getməsini gözləyəcək

 

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın karyerasını davam etdirməklə bağlı niyyətləri məlum olub.

Tacxeber.com xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 51 yaşlı mütəxəssis gələcək komandası kimi yalnız Fransa millisini görür və başqa yerdə işləmək fikrində deyil.

Bildirilir ki, bu səbəbdən, ailəsi bu varianta son dərəcə müsbət yanaşsa da, Zidan Əlcəzair millisinə rəhbərlik təklifindən imtina edib.

Mənbənin sözlərinə görə, Zidan yenidən məşqçiliyə qayıtmaq üçün tələsmir və Fransa millisinin hazırkı baş məşqçisi, müqaviləsi 2026-cı ildə başa çatacaq Didye Deşamın getməsini gözləməyə hazırdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”ı Almaniyada nə qədər azarkeş dəstəkləyəcək?

admin

AFFA-nın min bir oyunu – İndi də “Qarabağ”ın başında

admin

UEFA Azərbaycan klublarına yüz minlərlə ödəniş etdi.

admin