Dünya

Netanyahu: “İsrail HƏMAS-ı məhv edəcək”

 

İsrail Fələstinin HƏMAS hərəkatını, xüsusən də onun rəhbərliyini məhv etməkdə qərarlıdır, bundan sonra Qəzza zolağına nəzarət texnokratlara keçə bilər.

Tacxeber.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS-ın rəhbərliyini öhdəlik götürdüyümüz kimi məhv edəcəyik”, – Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, HƏMAS-ın inzibati və hərbi strukturunun məhv edilməsi bu hərəkatın tərəfdarlarının Qəzzada hakimiyyətdə qalma ehtimalını minimuma endirməlidir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Səlim Müslümov mobil nömrəsini satır: Qiyməti…

redaktor

Pekin Ermənistan və Rusiya kimi İsraillə müharibədə İranda rejim dəyişikliyi istəmir.

admin

Rusiyada azərbaycanlıların da yoluxduqları ölümcül xəstəliyin ocağı lokallaşdırıldı

redaktor