12 C
Bakı
28 Mart 2026 04:27
Cəmiyyət

Telefon beyin xərçəngi riskini artırır? – Alimlərin cavabı

Telefon beyin xərçəngi riskini artırır? - Alimlərin cavabı

 

Alimlər telefonlardan istifadənin xərçəng riskinə necə təsir etdiyini açıqlayıb.

Tacxeber.com xaricimediaya istinadən xəbər verir ki, bir qrup aropalı alim simsiz rabitənin uşaqlarda və böyüklərdə beyin şişlərinin inkişaf ehtimalına təsirini öyrənmək üçün “MOBI-KIDS” adlı geniş tədqiqat aparıb.

“MOBI-KIDS” araşdırması 2010-2015-ci illər arasında 14 ölkədə aparılıb. Buraya beyin şişi diaqnozu qoyulmuş 10-24 yaş arası 898 xəstə, habelə nəzarət qrupundan 1912 nəfər daxil edilib.

Tədqiqat iştirakçıları müxtəlif mobil cihazların istifadəsinin tezliyi və müddətini bildirən anketləri doldurublar.

Məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, gənclərdə mobil və simsiz stasionar telefonlardan istifadə beyin şişlərinin inkişaf riskinin artması ilə əlaqəli deyil. Bu, simsiz rabitə və sağlamlıq arasındakı əlaqəni anlamaq üçün əlavə sübutlar tələb edir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda böyük təhlükə: Su kəmərləri üzərində yüzə yaxın ev tilkilib

admin

Avropa Məhkəməsi “Pegasus” işi üzrə Azərbaycan hökumətinə suallar göndərib

admin

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi: “Həbsxanalarda həddən artıq sıxlıq və qeyri-rəsmi iyerarxiya problemini həll edin”

admin