23 C
Bakı
24 İyun 2025 12:44
Dünya

Şevçenko inkar etdi: Yeltsin belə söz deməyib!

     

Boris Yeltsinin “Rusiya NATO-ya daxil olan ilk ölkə olmalı idi” sözlərini eşitməmişəm.

Bunu Yeltsinin Protokol Xidmətinin keçmiş rəhbəri Vladimir Şevçenko deyib.

“Bu, yoldaşların (ABŞ Milli Təhlükəsizlik Arxivi nəzərdə tutulur – red.) cəfəngiyyatıdır və bunu xatırlamıram”, – o bildirib.

Şevçenko bu cür sənədlərin məxfilikdən çıxarılması faktına da qəzəblənib:

“Bu, yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün olmalıdır”.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqrama görə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Yerə yaxınlaşan asteroid atom bombası ilə vurula bilər

redaktor

Turab Rzayevin pulunu alıb, sonra buraxdılar

admin

Bu nöqtə atışlarının arxasındakı əsas güc ABŞ-dırmı?

admin