Dünya

Şevçenko inkar etdi: Yeltsin belə söz deməyib!

     

Boris Yeltsinin “Rusiya NATO-ya daxil olan ilk ölkə olmalı idi” sözlərini eşitməmişəm.

Bunu Yeltsinin Protokol Xidmətinin keçmiş rəhbəri Vladimir Şevçenko deyib.

“Bu, yoldaşların (ABŞ Milli Təhlükəsizlik Arxivi nəzərdə tutulur – red.) cəfəngiyyatıdır və bunu xatırlamıram”, – o bildirib.

Şevçenko bu cür sənədlərin məxfilikdən çıxarılması faktına da qəzəblənib:

“Bu, yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün olmalıdır”.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqrama görə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskidən ABŞ-a tələb: Bu siyahını nəzərdən keçirin!

redaktor

“Yeddi aydır ki, günəş şüası görmürəm” – Saakaşvili

redaktor

Alimlər: Çəyirtkələrin hücumları dünya ərzaq təhlükəsizliyini təhdid edir

redaktor