29 C
Bakı
11 Avqust 2025 11:01
CəmiyyətİdmanQalmaqal

Emin Əfəndidən “Neftçi”nin himn məsələsinə REAKSİYA

“Neftçi”nin Mətbuat Xidməti Xalq artisti Miri Yusifin klub üçün səsləndirdiyi himnin bəyənilməməsi iddiası ilə bağlı daha bir açıqlama verib.

 

Tacxeber.com xəbər verir ki, mətbuat xidmətin rəhbəri Emin Əfəndi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mahnı il yarım əvvəl sifariş olunub:

 

“Həmin vaxt mən prodüser kimi çalışırdım və “Neftçi”dən gələn sifarişi qəbul etdik. Orada himnin bəyənilib-bəyənilməməsi söhbəti yoxdur. Hələlik himn ortalığa çıxmayıb. Yəni, bu məsələ mənim hazırda klubda mətbuat xidməti rəhbəri kimi işləməyimlə əlaqəli deyil”.

 

E.Əfəndi bildirib ki, “Neftçi”nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat səhvdir:

 

“Orada sözləri yazan, aranjimançı və digər şəxslərin də ödənişi var axı. Bizə çatan məbləğ mətbuatda səsləndiriləndən iki-üç dəfə az idi”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sabiq məhkəmə sədri 4615 manatlıq pensiyadan narazıdır

admin

Priqojinin baş təlimatçısı Niderlanda qaçdı: Ptinini ifşa etməyə hazıram .

admin

Vəfat edən Şəhriyar Rəhimovun xanımından təsirli paylaşım – FOTO

redaktor